Azərbaycan spirtli içkilərin istehsalını artırmağı planlaşdırır

Azərbaycan hökuməti ortamüddətli perspektivdə spirtli içkilərin istehsalını artırmağı planlaşdırır. Bu barədə hökumətdən məlumat verilib.

Proqnozlara əsasən, 2019-cu ildə ölkədə araq istehsalı 575,3 min dekalitr təşkil edəcək, bu da 2018-ci ilin göstəricisindən 6% çoxdur.

2020-2022-ci illərdə araq istehsalında artım tendensiyası qorunacaq. Xüsusilə, 2020-ci ildə araq istehsalı 609,8 min dekalitr, 2021-cu ildə 646,4 min dekalitr, 2022-ci ildə 685,2 min dekalitr həcmində proqnozlaşdırılır. Beləliklə, 2023-cü ilə qədər artım 2018-ci ilin göstəricisi ilə müqayisədə 19,1% təşkil edəcək.

Bundan başqa, proqnozlara görə, pivə istehsalında artım gözlənilir. Gələn il 4,370 mln. dekalitr pivə istehsalı planlaşdırılır. 2020-ci ildə bu göstərici 4,589 mln. dekalitrə, 2021-ci ildə - 4,918 mln. dekalitrə, 2022-ci ildə - 5,309 mln. dekalitrə çatacaq. Beləliklə, 2023-cü ilə qədər pivə istehsalında artım 2018-ci illə müqayisədə 28,7% təşkil edəcək. /“İnterfaks-Azərbaycan”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar