“Azərbaycan Dəmir Yolları” daha bir şirkət yaradıb

Vergilər Nazirliyi noyabrın 6-da “ADY Servis” MMC-ni dövlət qeydiyyatına alıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, yeni şirkət “Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə eyni hüquqi ünvanda – Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 230-da qeydiyyatdan keçib.

Onun nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi isə Ələddin Yavər oğlu Şıxəliyevdir.

Xatırladaq ki, ADY-nin daha 3 törəmə şirkəti var. Bunlar “ADY Ekspress”, “ADY Konteyner” və “ADY Əmlak” MMC-lərdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar