"Bəzi daş karxanalarında toz-duman normadan 8-10 dəfə artıqdır" - Nazirlik

"Daş karxanalarındakı avadanlıqların yenisi və müasir tələblərə cavab verən texnologiyalarla əvəz edilməsi üçün yeni proqram üzərində işləyirik. Bu proqram sürətlə həyata keçiriləcək".

"Report" xəbər verir ki, bunu "Daş karxanalarında müasir idarəetmə və ekoloji tələblərin tətbiqi" mövzusunda dəyirmi masada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral Xammal, Analitik Elmi və Tədqiqatlar Mərkəzinin direktoru Mürsəl Əliyev deyib.

O bildirib ki, qısa müddətdə zaman itirmədən köhnə avadanlıqlar yeniləri ilə dəyişdirilməlidir: "İşin sürətləndirilməsinin səbəbləri çoxdur. Məsələn, monitorinqlər nəticəsində müəyyən olunub ki, bəzi daş karxanalarında toz-duman normadan 8-10 dəfə artıqdır".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar