Bakıda həyat yoldaşını bıçaqlayan tanınmış alimin məhkəmə istintaqı başa çatıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Qədirovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.

Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası noyabrın 15-nə təyin edilib.

İttiham aktına əsasən, A.Qədirov münaqişə zəminində həyat yoldaşı Aidə Qədirovanı boyunundan bıçaqlayıb. Həkimlərin səyi nəticəsində yaralının həyatını xilas etmək mümkün olub.

A.Qədirova qarşı Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə elan olunmuş ittiham üzrə A.Qədirov özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində hadisə zamanı arvadını bilmədən bıçaqladığını söyləyib.

Xatırladaq ki, A.Qədirov Azərbaycan Dovlət Pedagoji İnstitutunu bitirib və fizika-riyaziyyat elmləri namizədidi, dosentdir. O, AMEA Geologiya və Geofizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar