ZAMİRƏ HACIYEVA EV DUSTAQLIĞINA BURAXILDI - 1,2 milyon qarşılığında

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında  ev dustaqlığına buraxılıb.

“AzPolitika.indo” xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Qərar Ali Məhkəmənin bugünkü iclasında qəbul edilib. O, 500 min funt sterlinq (təxminən 1,2 milyon manat) girov qarşılığında zaminə buraxılıb və evində nəzarət üçün elektron qurğu yerləşdiriləcək. Hakim Ceremi Beyker bildirib ki, zaminə buraxılmasına etiraz etmək üçün ciddi əsaslar olmayıb.

Şərtlərə əsasən, xanım Hacıyeva saat 21: 00 və 06:00 arası evdə olmalıdır və hər gün Çarinq-Kross polis bölməsinə hesabat verməlidir.

Hacıyevanın vəkilləri onun “fırıldaqçı” olmadığını bildiriblər.

Qeyd edək ki, Vestminster Şəhər Məhkəməsi noyabrın 6-da Hacıyevanın zaminə buraxılmasına dair qərar versə də, prokurorlar onun ölkədən çıxacağından ehtiyat etdikləri üçün qərara etiraz etmişdilər.

55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində noyabrın 6-da London polisi tərəfindən həbs olunub. Onun həbsi Azərbaycanda hakimiyyətin Zamirə Hacıyevanın Bakıya ekstradisiyası barədə xahişi ilə bağlı olub.

****

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva Londonda məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb. "Report"un London bürosu xəbər verir ki, Böyük Britaniyanın Kral Ədalət Məhkəməsinin bu gün keçirilən iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxa bilməz. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ötən həftə İngiltərənin paytaxtı Londonda saxlanılıb. 55 yaşlı Z.Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Z.Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır. Məlumata görə, ona qarşı iki mənimsəmə ittihamı irəli sürülüb.

Zamirə Hacıyeva 10 il ərzində Londonun məşhur dükanı "Harrods"da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. O, Londonda alış-verişləri üçün ödənişi ərinin bankının 35 ədəd kredit kartı ilə edib.

Yeddi il əvvəl Britaniyanın Virgin Adalarında mənzillənən bir şirkət Londonun qərbində "Harrods" alış-veriş mərkəzinin yaxınlığında bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib.

2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını – "Mill Ride Golf Club"u almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib.

Rəsmi məlumatlar cütlüyün "Harrods"un bahalı avtomobil parkında iki xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) "Gulfstream G550 jet" təyyarəsini aldığını da ortaya çıxarıb.

Ötən həftə onun ailəsinə aid olan 400 min sterlinqdən çox dəyəri olan zinət əşyaları müsadirə edilib və "Christie" auiksionunda satışa çıxarılması nəzərdə tutulu

635x100

Şərhlər

Realist 2018-11-08 16:09:18

Bəs digər oliqarxların,nazir və digər yüksək vəzifəlilərin xanımları nə qədər xərcləyir? Bir bunu araşdıran var? Elə tutmusuz Zamirə bunu etdi,onu etdi.İşiniz-gücünüz yoxdu.Millətin başını Zamirə ilə qatmaq düşünürsünüz? Ucuz metod deyilmi? Bir ağıllı material ortaya qoyun.Məsələn: İşdən azad olunan ZİYA.Fazil Məmmədovlar,Səlim Müslümov,Etibar Pirberdiyev, Tağı Əhmədov və s. milyarları həzm rabedən keçiriblər.Heç onlar, sərbəstdirlər.C.Hacıyev həbsdədir.Bu sizə heç nə demir?

London 2018-11-08 16:09:18

Hmm.zamine buraxmaqa verdiyi £500 min pul hardandir qoresan?Bir o qeder xercledikden sonra helade pul qurtarmayib?Yazziqlar olsun xalqima.Axi biz niye belayik?Axi bu qederde qormemishlik olmaz.Hela tekce bu qadin olsa idi ne derdimiz, bunlardan onlarladir.

ayzekə moşudan 2018-11-08 16:09:18

Gərdəşüm baş qatırlar, imitasiya edirlər. Əgər İngiltərədən başlanırsa birinci 2000-ci ilə qədər pambıq əkənlərin pambığı və investisiyalırı ora aparandan başlamaq lazımdır. Amerikadan başlanacaqsa hal-hazırda da nöyütün bir qolu onun üçün axan R.Quliyevdən başlamaq lazımdır. Zamirələr imitasiyadır, heç Fors-Major da deyil!!

ayzek 2018-11-08 16:09:18

XEYİR OLA, BU UWO NİYƏ BİRİNCİ BAŞIBOŞ ZAMİRƏNİN BAŞINDA ÇATLADI?

buzlaq 2018-11-08 16:09:18

Bu Zamirə hay-küyü ilə indi nəyi gizlətmək fikirləri vardır. Zamirə bəyəm bu kolxozdan təkcə oğurlayıb???

Son yazılar