Jirinovski Mordoviyadan şikayətlənib – Kolbasanı az göndəriblər…

Dərc olunub: 08/11/2018 - 14:54

jirin«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, Rusiya Liberal-Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski «Mordoviya Respublikası – innovasiya ərazisi» ekspozisiyasının Dövlət Dumasında açılışı zamanı ona kolbasanı az göndərdiklərindən şikayətlənib.

«İnqilabın sayəsində Mordoviya respublika oldu – bu, yaxşıdır. Mən xahiş etmirəm ki, 10 «baton» olsun, amma 3-4 «baton»un tamına baxmaq olardı. Çünki çox dadlı kolbasadır! Konfetlər də dadlıdır…» – deyə, Jirinovski «nəfsini belə ifadə edib.

«Tarixlərimiz fərqlidir, amma yaxşı tarixdir, ancaq kolbasa və konfeti mənə az göndərmisiniz. Sağ olun ki, gəlmisiniz. Bu səhvi gələcəkdə düzəltməyə çalışın. Mən, zənbillə gətirməyi xahiş etmirəm – lazım deyil. Ancaq 4-5 «baton» ki, göndərmək olardı?» – deyə, bu «müftəxor-qarınqulu» əlavə edib.

Sərgi Mordoviya Respublikası Günləri çərçivəsində açılıb və noyabrın 9-a qədər paplamentin aşağı palatasının divarları arasında davam edəcək.


loading...




Fikrinizi bildirin