ABŞ Suriyada S-300 sistemlərinin yerləşdirilməsindən narahatdır – DD

Dərc olunub: 08/11/2018 - 15:44

s400«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefferi Suriyada Rusiyanın S-300 sistemlərinin yerləşdirilməsindən narahatlıq keçirdiyini bir daha ifadə edib.

Onun sözlərinə görə, bu sistemlərə qulluq edən Suriyalı personalın hazırlıq səviyyəsinin aşağı olması xüsusi narahatlıq doğurur.

Brüsseldəki telefon brifinqində Cefferi qeyd edib ki, S-300 sistemləri İsrailin Suriyadakı İran qüvvələrinə zərbə endirmək imkanlarını məhdudlaşdırır – onlar İsrailə zərbələr endirə bilərlər. Bu məsələdə Dövlət Departamentinin spikeri Təl-Əvivə tam dəstək verdiyini təsdiqləyib və bildirib ki, İsrail özünü potensial təcavüzdən qorumaq imkanlarına malik olmalıdır.

Bundan əvvəl İsrail bəyan edib ki, əgər Suriyadakı S-300-lər İsrail hədəflərinə hücum etsələr, onlara zərbə endirməyə hazırdır. Təl-Əviv ehtiyatlanır ki, S-300-lərdən düzgün istifadə edilməməsi mülki təyyarələrin də vurulmasına gətirib çıxara bilər.
.


loading...




Fikrinizi bildirin