Sayta “sayit” deyən dilçi professor… - Nəriman Qasımoğlu kimi nəzərdə tutur?

“İctimai TV-də səhər saatlarında üç qızın aparıcılığı ilə veriliş gedir. Bir neçə gün öncə təsadüfən diqqətimi cəlb etdi. Diqqətimi çəkən qızların ədəbi dilimizdəki gözəl danışıqları idi. Açığı, sevindim. İzləməyə davam etdim...”

“AzPolitika.info”nun məlumatına görə, bunları Azərbaycan Din və Demokratiya Mərkəzinin sədri, şərqşünas-alim Nəriman Qasımoğlu ad çəkmədən bir dilçi-alimin tənqidinə həsr olunmuş “Facebook” statusunda yazıb.

N.Qasımoğlu daha sonra yazır: “Fərqli mövzulardan keçdilər dil məsələsinə, Azərbaycan Prezidentinin dilimizin qorunması ilə bağlı məlum fərmanının (yeri gəlmişkən, olduqca vaxtında verilmiş bu fərman ədəbi dilimizin vacib siyasi dəyər olduğunu bir daha dövlət səviyyəsində hamının nəzərinə çatdırdı) müzakirəsinə. Dəvət etdikləri qonaq dil komissiyası üzvlərindən biri idi. İstər-istəməz aparıcı qızlarla həmin şəxsin nitqini müqayisə etməli oldum. Sonuncunun nitqi ədəbi dildə danışıq vərdişi zəif olan birinin nitqini xatırladırdı. Dil komissiyasının “mütəxəssisi” nitqinə nəzarət etmək əziyyətinə də qatlaşmırdı. “Sayt” sözünü dəfə-dəfə təkdə “sayit”, cəmdə “sayitlər” kimi tələffüz etdi. “Saat” sözü də onun tələffüzündə oldu “sahat”. Və sair belə nitq qüsurları. Bu tələffüz tərzi hətta o qəbildən mütəxəssislərin özlərinin təəssübkeşi olduğu və ədəbi dilimizin şagirdlərimizə tədrisində ziyanlı nəticələr verən qondarma orfoepiya qaydalarına belə uyğun deyildi.

İTV-nin o aparıcı qızlarına isə əhsən ki, hər dəfə səlis nitqləri ilə milyonlar üçün ədəbi dil terapiyası seansı keçirlər”.

Çox böyük ehtimalla, N.Qasımoğlunun barəsində yazdığı veriliş İTV-də yayımlanan “Dikdaban” verilişi, onun mütəxəssis qonağı isə Dil komissiyasının üzvü, filologiya elmləri doktoru Buludxan Xəlilovdur...

V.Nəsibov

635x100

Şərhlər

Etibar Əliyev 2018-11-08 16:21:16

Mən bu qızların verilişində olmuşam. Görkəmli ziyalımız Nəriman bəy haqlıdır.

Son yazılar