"Neftin qiyməti yaxın zamanda qalxacaq" - İranın neft naziri

"ABŞ-ın tətbiq etdiyi sanksiyalar nəticəsində neft qiymətləri yaxın zamanda artacaq".

“Report” TASS-a istinadla xəbər verir ki, bunu İranın neft naziri Bijan Namdar Zəngənə bildirib.

Nazir bahalaşmanın dünya bazarında neft təklifinin azalması nəticəsində labüd olacağını diqqətə çatdırıb: “Təbii olaraq, ən yaxın zamanlarda neft qiymətlərinin artmasına şahidlik edəcəyik”.

Onun sözlərinə görə, ABŞ hökuməti seçki ərəfəsində öz ehtiyatlarından bazara əlavə neft çıxararaq neft və benzin qiymətlərini süni olaraq azaldıb: “Əfsuslar olsun ki, yaxın aylar neft idxalatçıları üçün çətin dövr olacaq”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar