Avropa İttifaqı İrana qarşı sanksiyaları ABŞ-la müzakirə edir - Brüssel Vaşinqtonun mövqeyii «öyrənir»

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı (Aİ) xarici siyasət xidmətinin nümayəndəsi Mayya Kosyançiç bəyan edib ki, Brüssel İrana qarşı sanksiyalar üzrə Amerika Birləşmiş Ştatlarının (ABŞ) mövqeyinə aydınlıq gətirməyə çalışır.

Onun sözlərinə görə, Aİ nümayəndələri ABŞ administrasiyasındakı həmkarları ilə danışıqlar aparır və bu zaman Tehranın nüvə proqramı barədə sazişin reallaşdırılması mövqeyinə sadiq qalırlar.

«Bəli, hal-hazırda bizim ekspertlərlə ABŞ administrasiyası arasında təmaslar aparılır ki, qəbul edilmiş qərarları tam halında anlamaq mümkün olsun» - deyə, xanım nümayəndə bildirib.

Bəzi sanksiyalardan yan keçmək barədə ABŞ-n İtaliya və Yunanıstana güzəşt etməsi haqqında qərarını şərh edərkən, Kosyançiç qeyd edib ki, bu, Brüsselin mövqeyinə xüsusi təsir göstərə bilməz.

«Aİ-nın bəzi ölkələrinə ABŞ-ın istisnası Aİ-nın məlum sazişə əməl etməsi məsələsini şübhə altına ala bilməz - bu, aydındır» - deyə, o, bildirib.

Xanım nümayəndə onu da xatırladıb ki, Aİ-da anti-İran sankiyalardan yan keçmək üçün xüsusi mexanizmlərin yaradılması istinamətində işlər davam etdirilir və gələcəkdə bir qədər də sürətləndiriləcək.

635x100

Şərhlər

Vətəndaş 2018-11-08 22:13:53

Avropa İttifaqı yox,ABŞ-ın nökəri Vaşinqtonun mövqeyini öyrənir.

Son yazılar