Latviya prezidenti «xolokost» qurbanlarının xatirəsinə həsr olunmuş yürüşə qatılmadı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Latviyanın prezidenti Raymonds Veyonis Latviya anti-nasist komitəsinin təşkil ediyi və «Xolokost» qurbanlarının xatirəsinə həsr olunmuş yürüşdə iştirak etməkdən boyun qaçırıb.

Bu barədə xəbəri «Sputnik Latviya» radiosu yayıb. Yürüşdə iştirak etmək üçün Veyonisə dəvəti Latviya antinasist komitəsinin nümayəndəsi Lyubov Jdanova göndərib.

Dəvətə cavabı isə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri, Milli təhlükəsizlik Şurasının katibi Yanis Kajotsinş göndərib.

«Hörmətli xanım Jdanova! Prezident Raymonds Vyonisin adından noyabrın 8-də «Xolokost» qurbanlarının xatirəsinə həsr olknmuş yürüşdə iştirpak etmək barədə dəvətinizə görə, Sizə təşəkkür edirəm! Sizə bildirmək istərdim: təəssüf ki, prezident artıq çoxdan planlaşdırılmış tədbirlərdə iştirak edəcəyi səbəbilə, yuxrıda adı gedən tədbirdə iştirak edə bilməyəcək» - deyə, müşavirin cavabında bildirilir.

Latviya antinasist komitəsi bundan əvvəl hamını Xolokost qurbanlarının xatirəsini yad etməyə çağırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar