"Qalatasaray" - "Fənərbağça" derbisi - Tarixi cəzalar açıqlandı

Türkiyə Futbol Federasiyası (TFF) Superliqanın son turunda keçirilən “Qalatasaray” – “Fənərbağça” görüşündə (2:2) yaşananlarla bağlı qərar verib.

Qol.az-ın TFF-nin rəsmi saytına istinadla yaydığı xəbərə görə, “Qalatasaray”ın baş məşqçisi Fatih Terim hakimləri təhqir etdiyi və oyundan sonra açıqlamalarında etik qaydaları pozduğu üçün 7 oyunluq cəzalandırılıb və 65 min lirə cərimələnib.

Onun köməkçisi Hasan Şaş rəqib futbolçuya hücum çəkdiyi üçün 8 oyunluq cəzalanıb və 20 min 800 lirə cərimə olunub.

“Qalatasaray”ın dava-dalaşda iştirak edən oyunçularından Papa Alioune Ndiaye 5, Qarri Mendes Rodriges 3, Rayan Henk Donk 6 oyun cəza alıb.

“Fənərbağça”dan isə Roberto Soldado 6, Jailson Markes 8 oyunluq cəzalandırılıb. Klub 12 min lirə cərimlənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar