Rusiya və Çin birgə raket mühərrikləri hazırlayacaqlar - Protokol imzalanıb

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin «Enerqomaş» Elm-İstehsalat Birliyi (EİB) və Çinin kosmik elmi-texniki korporasiyası birikdə hidrogen və metanla işləyən perspektivli raket mühərriklərinin hazırlanmasını planlaşdırır. Bu barədə «Roskosmos»un saytında xəbər verilir.

«İmzalanmış protokola əsasən, raket mühərrikləri sahəsində əməkdaşlıq oksigen-kerosin, oksigen-hidrogen və oksigen-metan komponentli maye yanacaqla işləyən mühərriklər hazırlanması istiqamətində aparıla bilər» - xəbərdə belə deyilir.

Beynəlxalq aviasiya-kosmik «Air Show China 2018» salonunda protokolu «Enerqomaş» EİB-nin baş direktoru İqor Arbuzov və Çinin kosmik elmi-texniki korporasiyası Altıncı akademiyasının prezidenti Lyu Çjijan imzalayıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar