Nazarbayev Paşinyanın ümidini qırdı - "Baş katib Belarus tərəfdən olmalıdır”

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yeni baş katibi Belarus təmsilçisi olacaq. Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada KTMT iclasından sonra mediaya açıqlamasında deyib.

“Ermənistan nümayəndəsi Xaçaturov bizdə baş katib idi, ancaq o, geri çağırıldı. Mən səbəbi barədə danışmaq istəmirəm, bu, Ermənistanın daxili işidir. Qaydaya görə, baş katiblik rotasiya qaydasında, əlifba sırası ilədir və Ermənistandan sonra Belarus gəlir. Əlbəttə, Ermənistan vaxtın uzadılmasını istədi. Ancaq bütün dövlət başçıları dedilər ki, cəmi bir il qalır (Ermənistanın KTMT-dəki baş katib yerinin başa çatması nəzərdə tutulur – red.), yeni nümayəndə hətta bu il ərzində ölkələri gəzib-görə bilməyəcək, ona görə də normal fəaliyyət göstərəcək baş katib Belarus tərəfdən olmalıdır”, - Nazarbayev bildirib.

Nazarbayev qeyd edib ki, son qərar 6 dekabrda Sankt-Peterburq görüşündə veriləcək.

Qeyd edək ki, Paşinyan 2020-ci ildə səlahiyyəti bitəcək Y.Xaçaturovun vaxtından əvvəl geri çağırılmasına nail olmaqla bərabər, onun yerinə Vaqarşak Arutyunyanın namizədliyini irəli sürüb.

Rotasiya qaydasında baş katiblik hüququ çatan Belarus isə artıq namizədini təqdim edib. Bu, Bakıda təhsil alan general Stanislav Zasdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar