Qazaxda AXCP-nin üç fəalı saxlanılıb

 

AXCP Qazax rayon təşkilatının sədri Sabir Çaylı, AXCP ali Məclisinin üzvü Ramil Carçıyev və AXCP fəalı Fəzail Əliyev bu gün saxlanılaraq Qazax rayon polis şöbəsinə aparılıblar. Bu barədə Turan-a AXCP-dən bildirilib.

R.Carçıyevlə telefon əlaqəsi yaratmaq cəhdləri baş tutmayıb. Belə ki, o, zəngə cavab verən kimi telefon əlindən alınıb.

Qazax rayon polis şöbəsindən isə fəalların saxlanması barədə məlumatı təkzib ediblər.

Bu gecə isə naməlum şəxslər F.Əliyevin evinə gələrək onu zorla qəbiristanlığa aparıblar və orada ona xəbərdarlıq ediblər ki, “problemlə üzləşmək istəmirsə” siyasi fəaliyyətinə son qoysun.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar