Ordumuzun girov cavabı – Fotomüqayisə

Bir müddət öncə Kəlbəcərdə əsir düşən soydaşlarımızla bağlı Ermənistan rəsmiləri “diversant” ittihamını irəli sürdü.

Öz doğma dədə-baba torpaqlarına gedib, evini, əzizlərinin qəbrini ziyarət edən, hətta kabab çəkən mülki vətəndaşlarımızla ermənilər əsl terrorçu kimi davrandılar və bunun foto-videosunu fəxarətlə yaydılar.

Bu gün isə Azərbaycan ordusunun əsgərləri 4 erməni diversantı məhv etdi, bir nəfəri isə əsir götürdü. Əsir götürülən şəxsin mülki vətəndaş olduğu iddiaları da var və əlbəttə ki, onun diversant, yaxud diversantların bələdçisi və ya sadə vətəndaş olduğunu hüquq-mühafizə orqanları müəyyənləşdirəcəklər.

Azərbaycan Ordusu cavab verdi: mülki vətəndaş Dilqəm Əhmədovla necə davrandılarsa, bu gün əsir düşən Karen Qriqoryanla da davranış eynidir.

Yalnız bir fərq var – Azərbaycanın xüsusi təyinatlıları təpəqapaz etdikləri girova silah tuşlamayıblar. Başqa fərq də var - əsirlərin yanındakı əsgərlərin duruşu və onların girdikləri məkan.

Fotoları təqdim edirik - müqayisəni özünüz apara və qiymətləndirə bilərsiniz /axar.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar