Avropa Liqasında 7 komanda növbəti mərhələyə yüksəlib – NƏTİCƏLƏR

Dərc olunub: 09/11/2018 - 09:11

_104219136_arsenal_sportingUEFA Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib.

“Report” xəbər verir ki, “Qarabağ”ın E qrupundakı rəqibi İngiltərə “Arsenal”ı evdə Portuqaliya “Sportinq”i ilə heç-heçə edib.

London klubu bu nəticədən sonra 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi Qazaxıstan “Astana”sı doğma meydanda Çexiyanın “Yablonets” kollektivi ilə üz-üzə gəlib. Qarşılaşma Qazaxıstan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matça start heyətdə başlayan Almeyda 71-ci dəqiqədə əvəzlənib.

Türkiyə təmsilçilərindən “Beşiktaş” səfərdə Belçika “Genk”i ilə heç-heçə edib -1:1, “Fənərbağça” isə evdə eyni ölkənin “Anderlext” klubunu 2:0 hesabı ilə üstələyib.

Qonşu ölkənin digər klubu “Akhisarspor” isə evdə İspaniyanın “Sevilya” komandasına 2:3 hesabı ilə məğlub olub.

IV turun oyunlarından sonra “Arsenal”la yanaşı, “Ayntraxt” (Almaniya), “Latsio” (İtaliya), “Çelsi” (İngiltərə), “Sürix” (İsveçrə), “Bayer” (Leverkuzen, Almaniya) və “Dinamo” (Zaqreb, Xorvatiya) klubları 1/16 final mərhələsinə vəsiqəni təmin ediblər.

Avropa Liqası, qrup mərhələsi, IV tur

A qrupu

00:00. “Bayer” (Leverkuzen, Almaniya) – “Sürix” (İsveçrə) – 1:0

00:00. “Lüdoqorets” (Bolqarıstan) – AEK (Larnaka, Kipr) – 0:0

Xal durumu: “Sürix” – 9, “Bayer” – 9, AEK – 2, “Lüdoqorets” – 2.

B qrupu

00:00. “Seltik” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) – 2:1

00:00. “Rusenborq”(Norveç) – “Zaltsburq” (Avstriya) – 2:5

Xal durumu: “Zaltsburq” – 12, “Seltik” – 6, “Leyptsiq” – 6, “Rusenborq” – 0.

C qrupu

00:00. “Slaviya” (Praqa, Çexiya) – “Kopenhagen” (Danimarka) – 0:0

00:00. “Bordo” (Fransa) – “Zenit” (Rusiya) – 1:1

Xal durumu: “Zenit” – 8, “Slaviya” – 7, “Kopenhagen” – 5, “Bordo” – 1

D qrupu

19:50. “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) – 2:0

00:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Spartak” (Trnava, Slovakiya) – 3:1

Xal durumu: “Dinamo” – 12, “Fənərbağça” – 7, “Spartak” – 3, “Anderlext” – 1.

E qrupu

00:00. “Vorskla” (Poltava, Ukrayna) – “Qarabağ” (Azərbaycan) – 0:1

00:00. “Arsenal” (İngiltərə) – “Sportinq” (Lissabon, Portuqaliya) – 0:0

Xal durumu: “Arsenal” – 10, “Sportinq” – 7, “Vorskla” – 3, “Qarabağ” – 3.

F qrupu

00:00. “Betis” (İspaniya) – “Milan” (İtaliya) – 1:1

00:00. “Olimpiakos” (Yunanıstan) – “Düdelanj” (Lüksemburq) – 5:1

Xal durumu: “Betis” – 8, “Milan” – 7, “Olimpiakos” – 7, “Düdelanj” – 0.

G qrupu

21:55. “Spartak” (Moskva, Rusiya) – “Reyncers” (Şotlandiya) – 4:3

21:55. “Rapid” (Vyana, Avstriya) – “Vilyarreal” (İspaniya) – 0:0

Xal durumu: “Vilyarreal” – 6, “Spartak” – 5. “Reyncers” – 5, “Rapid” – 4,

H qrupu

21:55. “Apollon” (Kipr) – “Ayntraxt” (Almaniya) – 2:3

21:55. “Latsio” (İtaliya) – “Marsel” (Fransa) – 2:1

Xal durumu: “Ayntraxt” – 12, “Latsio” – 9, “Apollon” – 1, “Marsel” – 1.

I qrupu

21:55. “Genk” (Belçika) – “Beşiktaş” (Türkiyə) – 1:1

21:55. “Malmö” (İsveç) – “Sarpsporq” (Norveç) – 1:1

Xal durumu: “Genk” – 7, “Malmö” – 5, “Sarpsporq” – 5, “Beşiktaş” – 4

J qrupu

21:55. “Akhisar” (Türkiyə) – “Sevilya” (İspaniya) – 2:3

21:55. “Krasnodar” (Rusiya) – “Standard” (Lyej, Belçika) – 2:1

Xal durumu: “Sevilya” – 9, “Krasnodar” – 9, “Standard” – 6, “Akhisar” – 0.

K qrupu

19:50. “Astana” (Qazaxıstan) – “Yablonets” (Çexiya) – 2:1

21:55. “Dinamo” (Kiyev, Ukrayna) – “Renn” (Fransa) – 3:1

Xal durumu: “Astana” – 8, “Dinamo” – 8, “Renn” – 3, “Yablonets” – 2

L qrupu

21:55. BATE (Belarus) – Çelsi” (İngiltərə) – 0:1

21:55. “Videoton” (Macarıstan) – PAOK (Yunanıstan) – 1:0

Xal durumu: “Çelsi” – 12, “Videoton” – 6, BATE – 3, PAOK – 3

Qeyd edək ki, oyun günündə “Qarabağ” səfərdə “Vorskla”nı məğlub edib.








loading...


Fikrinizi bildirin