Rusiya XİN-i ABŞ-ın yeni sanksiyalarını şərh edib

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Maliyyə Nazirliyinin Krım və Donbasdakı vəziyyətə görə, noyabrın 8-də tətbiq etdiyi yeni sanksiyalara münasibət bildirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, onun sözlərinə görə, "Birləşmiş Ştatların sanksiyalarının 63-cü mərhələsi Rusiyanı yolundan döndərməyəcək və Vaşinqtonun bu addımları məzmunsuzdur".

"Biz, əlbəttə, bu qəbul olunmuş qərarların məzmununu öyrənəcəyik, konkret olaraq hansı fiziki və hüquqi şəxslərdən söhbət getdiyini təhlil edəcəyik. Biz belə başa düşürük ki, bu yeni Amerika siyahısının iştirakçılarından bir hissəsi Donetsk regionuna, öz hüquqlarının təmin edilməsi uğrunda mübarizə aparan respublikaya aiddir", - deyə o bildirib.

Nazir müavini bu sanksiyalarda yenilik olmadığını və bu addımlarda heç bir məzmun görmədiklərini qeyd edib.

Bundan əvvəl ABŞ Krım və Donbassa görə Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar