“Azərkosmos”un yığılmış zərəri 308 mln. manatı keçib

“Azərkosmos” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 676,223 mln. manat təşkil edib.

“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 15% çoxdur.

2017-ci ildə “Azərkosmos”un cəmi öhdəlikləri 8,7% artaraq 811,772 mln. manata çatıb, cəmi kapitalındakı çatışmazlıq isə 14,6% azalaraq 135,549 mln. manata düşüb. Qeyd edək ki, əvvəlki il olduğu kimi, ötən il də şirkətin öhdəlikləri aktivlərini üstələyib.

2017-ci ildə “Azərkosmos”un satışdan gəlirləri 37,087 mln. manat (32,4% çox), xidmətlərinin maya dəyəri 33,727 mln. manat (10,5% çox), ümumi və inzibati xərcləri 8,248 mln. manat (27,2% çox), maliyyə xərcləri 13,808 mln. manat (83,8% az), maliyyə gəlirləri 5,205 mln. manat (0,2% az), digər xərcləri 2,608 mln. manat (bundan əvvəl gəlir olub) təşkil edib.

Son nəticədə “Azərkosmos” ötən ili 16,098 mln. manat zərərlə başa vurub. Bu, əvvəlki ilə nisbətən 5 dəfə azdır. Bununla belə, şirkətin yığılmış zərəri 5,5% artaraq 308,154 mln. manat olub.

Xatırladaq ki, “Azərkosmos” 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 63 610,6 min manatdır.

635x100

Şərhlər

Mühəndis 2018-11-09 10:19:02

Belə bir vəziyyətdə Azərkosmos ona qoyulan kapital qoyuluşunu neçə ilə ödəyə biləcəyini, həmişə xeyli zəərlə işləyəcəyini təhlil edən olubmu?Belə zərərli qurumun ölkəyə nə faydası var? lmazdımı ki, Kosmosdan izlənilməli olan materialları(əgər buna ehtiyac varsa) digər ölkələrdən alıb bu qədər məsrəflər etməyək.Zərəini bilə-bilə Azərkosmosu saxlamağa sərf edilən vəsaiti ölkənin vacib sahələrinə səmərəli sərf etmək doğru olmazmı? Azərkosmosu isə səmərəsiz və zərələ işləyən idarəə kimi ləğv etmək doğru olar.

Son yazılar