ORDUMUZ NAXÇIVAN İSTİQAMƏTİNDƏ YENƏ İRƏLİLƏYİB! - Bütün strateji yüksəkliklər tutulub! (FOTOLAR)

Azərbaycan ordusu bütün yay və payız ayları ərzində Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyib və demək olar əksər strateji yüksəklikləri nəzarətə götürüb. Virtulaz.org xəbər verir ki, bu sensasion məlumatı həvəskar peyk çəkilişlərinə istinadla “Bellingcat” saytı 

Masis İngilisyan[/caption]

Müəllif  “Planet Labs” tərəfindən çəkilmiş yeni həvəskar peyk fotolarına istinadən göstərir ki, Azərbaycan ordusunun mühəndis-istehkam işlərini davam etdirməsi nəticəsində Naxçıvan istiqamətində daha bir strateji post Azərbaycanın nəzarətinə keçib. Peyk fotolarında Azərbaycan silahlı qüvvələrinin Naxçıvan istiqamətində bir vaxtlar neytral ərazi hesab edilən ərazilərdə apardığı hazırkı mühəndis işləri əks olunur.

Qeyd olunur ki, Azərbaycan ordusunun təmas xəttində neytral ərazilər boyu irəliləməsi 1994-cü ildə atəşkəsin əldə olunmasından bəri əsasən Dağlıq Qarabağda davam edirdi. Nəticədə bir çox rayonlarda tərəflərin mövqeləri arasında məsafə bir neçə yüz metrə qədər azalıb.

Lakin Naxçıvan sərhədləri boyu irəliləmə atəşkəsin əldə olunmasından bəri Azərbaycan ordusunun ən irimiqyaslı irəliləyişdidir. Bunun nəticəsində hərbi əməliyyatların dayanmasından bəri Azərbaycan tərəfi ən böyük ərazini öz nəzarətinə alıb.

Müəllif qeyd edir ki, Ermənistan ordusu da 2012 və 2014-2015-ci illərdə Naxçıvan istiqamətində yeni yüksəkliklər tutmaq üçün bu cür taktikadan istifadə edib. Lakin “Planet Labs” tərəfindən təqdim edilən son fotolara əsasən Azərbaycan ordusu regionda mövqelər uğrunda son 10 ildə davam edən mübarizədən sonra hazırda sərhədin bu istiqamətində Ermənistan ordusuna nisbətən daha əlverişli mövqelərdədir.

Bildirilir ki, Azərbaycan ordusunun Naxçıvan regionunda mövqelərini yaxşılaşdırması, o cümlədən yolların çəkilməsi və səngərlərin erməni səngərlərinə yaxınlaşdırılması Qarabağda mümkün münaqişə zamanı ikinci cəbhənin açılmasına gətirib çıxara bilər.  Hansı ki, Azərbaycan son illər Naxçıvanda hərbi iştirakını durmadan artırıb.

Sayt xatırladır ki, Azərbaycan ordusunun Naxçıvan istiqamətində neytral ərazilər boyu irəliləyərək böyük əraziləri nəzarətinə götürməsi ilk dəfə bu ilin yazında “Razm.info” saytının analitiki Ayk Xaçikyanın “Naxçıvanda nə baş verir?” məqaləsindən sonra ictimailəşib. Həmin vaxt Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu 90-cı illərin əvvəllərində tərk edilmiş və Ermənistan ordusunun atəşi altında olan Günnüt kəndi (Şərur rayonu) də daxil olmaqla 11 min hektardan çox ərazini nəzarətinə götürüb. Qızılqaya yüksəkliyini tutub və nəticədə Ermənistan ərazisindən Qarabağa gələn strateji əhəmiyyətli Yerevan-Gorus-Laçın avtomobil yoluna nəzarət etmək imkanı qazanıb.

Lakin yeni peyk fotoları təsdiq edir ki, Azərbaycan silahlı qüvvələri Naxçıvan istiqamətində irəliləməni bununla dayandırmayıb. Bütün yay və payız ayları ərzində mühəndis işlərini davam etdirib və yeni əlverişli mövqelər tutub.

Belə ki, peyk fotlolarına əsasən Azərbaycan silahlı qüvvələri bu ilin may ayında çəkilən yeni yollarla irəliləyərək təmas xəttinə mövqelərini daha da yaxınlaşdırıb. Arpa çayından şimal-qərbdə yerləşən yüksəklik və dağ massivi bu ilin may ayında Azərbaycan qoşunları tərəfindən hələ tam tutulmamışdı. Amma yeni peyk fotolarına əsasən həmin dağ massivi tamamilə Azərbaycanın nəzarəti altındadır və ora yeni yollar çəkilib.

Yayda və payızın əvvəllərində Azərbaycan həmin dağ massivi boyu yeni mövqelərdə öz qoşunlarını yerləşdirib. Beləliklə, Ermənistan ordusunun birinci müdafiə xətti və ermənilərin hərbi təyinatlı avtomobil yolu bütünlüklə Azərbaycan ordusunun nəzarəti altına düşüb. Habelə Azərbaycan erməni mövqelərinə doğru yeni səngərlər qazıb.

Digər fotolarda Azərbaycanın Ermənistanla sərhəddə daha bir adsız yüksəkliyə tərəf yeni yol çəkdiyi görünür. Sayt bildirir ki, erməni mövqeləri ilə üzbəüz ərazinin dağlıq relyefi nəzərə alınmaqla Azərbaycan silahlı qüvvələrinin yeni səngərlər qazmağı və yollar çəkməyi davam etdirəcəyini göstərir. Bu da təmas xəttinin həmin istiqamətində erməni mövqelərini tamamilə əlverişsiz vəziyyətdə qoyacaq və istisna deyil ki, Ermənistan ordusu həmin müdafiə xəttini məcburi tərk edəcək.

“Bellingcat” bildirir ki, Azərbaycan silahlı qüvvələrinin yeni manevrləri nətiicəsində Ermənistan ordusu faktiki olaraq postlarından birini tərk edib. Sayt peykdən çəkilmiş fotoda ermənilərin tərk etdiyi postu nişan verir. Masis İngilisyan qeyd edir ki, hadisələrin bu cür inkişafı Azərbaycan silahlı qüvvələrinin nəzarətinə keçən ərazilərin erməni infrastrukturu və yaşayış məntəqələri üçün təhdid yaradacağını göstərir. Habelə Azərbaycanın bu əraziləri hərbiləşdirməyə dair gələcək planları barədə suallar meydana çıxarır.

Peyk fotoları əsasənda təhlil aparan müəllif göstərir ki, Azərbaycan ordusunun son aylarda gördüyü mühəndis işləri nəticəsində erməni səngərləri bütünlüklə əlçatandır və yaxın gələcəkdə ermənilərin həmin səngərləri tərk etməsi qaçılmaz görünür.

Virtualaz.org “Bellingcat” saytının bu məqaləsi ilə bağlı Azərbaycan Müdafiə Nazirliyindən soruşub, nazirlik bu mövzu ilə bağlı şərh verməyib. Xatırladaq ki, bu ilin mayında Müdafiə Nazirliyi Günnüt kəndinin azad edilməsi də daxil olmaqla Naxçıvan istiqamətində ordumuzun keçirdiyi uğurlu əməliyyat barədə geniş məlumat və videoxülasə yaymışdı.

635x100

Şərhlər

EJDER 2018-11-09 11:05:12

AY,BALAM MILLETIN BAWINI QATMAYIN.BU LAZIM NE VAXT GELECEK.25 ILDI KI,YOXDUR.KECIN ANALOQU OLMAYAN INKIWAFA.MEKTEB ACILIWINA ,YOL ACILIWINA.EMEKDAR INWINER EVEZ MALLIMIN ...PULLARDAN.BAXIN A,SABAH O DA ABEL KIMI NAXELEF CIXAR...NAQARACIQ.

cəngərlik sakini 2018-11-09 11:05:12

lətifəsi XALQIN QEYRƏTlİLƏRİNDƏN kənar. Yadıma bir lətifə düşdü.......Sonra bunları buraxırlar. Qadın ah nalı edir ki,bu nəidi başımıza gəldi, bundan sonra necə yaşayacayıq. "kişi"deyir arvad narahat olma onların başı qarışmışdı,mən ayağımı 3 dəfə CIZDAN kənara çıxardım.

Alı 2018-11-09 11:05:12

NİYƏ QARABAĞDA YOX ORADA?

t.ədalət 2018-11-09 11:05:12

Ordumuzun irəliləməsi üçün bir istiqamət var ki,o da Dağlıq Qarabağdır...Biz,birinci olaraq işğal olunmuş Dağlıq Qarabağ ərazilərini azad etməliyik.erməni-rus hərbi qüvvələri,əsasən DQ ərazilərində dislokasiya olunub.Düşmənin başı burda əzilməlidir!

antiAbu 2018-11-09 11:05:12

Naxçıvan və digər istiqamətlərdə Azərbaycan qoşunları 1 mm-də olsa Ermənistan ərazisinə girməyib. Neytral zonada orta xətt var. Ermənilər təxribat törətmək məqsədi ilə öz qoşunlarını bu xəttin bir neçə yüz metrliyində, Azərbaycan ordusu isə öz əsgərlərinin həyatını qorumaq, mənasız yerə itki verməmək üçün bir neçə kilometr aralıda yerləşdirib. Şəraitə uyğun olaraq qoşunlarımızın yerdəyişmələrini ermənilər zəbt kimi qələmə verirlər.

Cəmşid Dərələyəzli 2018-11-09 11:05:12

Dəfələrlə bu barədə mətbuaatda fikirlərimi bildirmişəm. Dağlıq Qarabağın ilhaqı Ermənistandan Qərbi Azərbaycanlıların oradan çıxarılmasından sonra başlamışdırsa, azad olunması da Qərbi Azərbaycandan başlayacaq. Bu labüddür. Bu səbəbdən də Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun gələcəkdə Qarabağın işğaldan azad olunmasında önəmli rolu olacaq. Çünki, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu zamanı gələndə Ali Baş Komandanın irəli əmrindən dərhal sonra Ermənistanın İravandan Qarabağ istiqamətində bütün hərəkətini durduracaq gücdə və strateji nöqtədə. Bu səbəbdən də ordudan anlamı olmayıb fikir bildirənlərə tövsüyəm, gəlin ordu quruculuğunda, xüsusən də Naxçıvanda bu sahədə görülən bunca işlərə kölgə düşürməyək.

Cəmşid Dərələyəzliyə XX-1-dən 2018-11-09 11:05:12

Böyük gərdəş faktorunu heçə endirirsiniz????

aysberq 2018-11-09 11:05:12

Reyxstaq üzərində bayraq günündə trikolor (Z.H.) bayrağımızı asdıq. Bayraq gününüz və bayramınız kutlu olsun (Z.H.). P.S. Siz 25 ildə Naxçıvan sərhəddinin son nöqtəsinə kimi gedə bilməmisiniz, buna erməni neyləsin. Yaxşı ki, indi getmisiniz. Yoxsa 25 il qabaq getsəydiniz bağıracaqdınız ki qələbə bizimdir!! Ay-canım gözüm bəs onda Naxçıvan haqqında Türkiyə-Rusiya müqaviləsini kimin çemodadına(...) soxursunuz?????Hııııyyyyyy?????

Son yazılar