Avstraliyada naməlum şəxs bıçaqla kütləyə hücum edib – Ölən və yaralananlar var

Dərc olunub: 09/11/2018 - 11:45

7593c0c7-02b7-4b10-bc88-f72c83b9a0eeAvstraliyanın Melburn şəhərində naməlum şəxs bıçaqla polislərə hücum edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisədən əvvəl bir avtomobil ticarət mərkəzinin binasına çırpılıb, daha sonra isə alışmağa başlayıb.

Yanğın on dəqiqə ərzində söndürülb. Hadisə yerinə polis və fövqəladə qurumlar əməkdaşları cəlb olunub.

Bundan sonra naməlum şəxs polis zabitinə bıçaq çəkib. Nəticədə 1 nəfər ölüb, 3 nəfər bıçaq xəsarəti alıb, təqsirkar saxlanılıb.

Bıçaqlı şəxsin və daha bir nəfərin xəstəxanaya çatdırıldığı, vəziyyətlərinin ağır olduğu bildirilir.

Hadisənin terrorla heç bir əlaqəsinin olmadığı vurğulanıb.

Faktla bağlı araşdırma aparılır.


loading...




Fikrinizi bildirin