SƏFİRLƏR ARASINDA 2,4 MİLYONUN DAVASI DAVAM EDİR  - Deputatlar isə oğruluğu gizlətməyin tərəfdarıdır

Azərbaycan Xarici İşlər Nazirliyinin Ukraynadakı indiki və keçmiş səfirlərinin arasındakı qalmaqala görə araşdırmaya başlaması haqda  məlumat vermişdik.  Xatırladaq ki, indiki səfir Azər Xudiyev Tələt Əliyevin səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib.

Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A.Xudiyevi qərəzli olmaqda ittiham edən T.Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib. T.Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub.

A.Xudiyevin Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi hətta parlament səviyyəsində müzakirə edilib, bəzi deputatlar bunu E.Məmmədyarovu nazirlikdə işini yaxşı qurmamaqda qınayıb. Musavat.com-un məlumatına görə, az qala 10 gündür mediada ciddi müzakirə olunan bu məsələ barədə Ukraynadakı səfirlik rəsmi məlumat yayıb. 

Məlumatda deyilir: “Bəzi kütləvi informasiya vasitələrində keçmiş səfir Tələt Əliyevin hazırkı səfir Azər Xudiyevə qarşı səsləndirdiyi əsassız ittihamlarla bağlı Milli Məclis üzvlərinin narahatlığına səbəb olan məqamlara dair aşağıdakıları bildirmək istəyirik: 2016-cı ildə səfir A.Xudiyev tərəfindən Ukraynadakı səfirliyin inzibati binası  təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edilib və müvafiq ekspertizanın təyin edilməsi üçün mütəxəssislər dəvət olunub. Ekspertizanın yekun rəyinə əsasən müəyyən olunub ki, binanın zirzəmisi və damı qəzalı vəziyyətdədir.

Azər Xudiyev ile ilgili görsel sonucu

Azər Xudiyev

Bildirmək istəyirik ki, 2007-2009-cu illərdə səfirliklə Ukrayna vətəndaşı, “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən Səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Lakin İnstitut tərəfindən aparılmış araşdırmada binada heç bir əsaslı təmir işlərinin aparılmadığı aşkarlanıb.

Daha sonra səfir A.Xudiyev S.Həşimovanı səfirliyə dəvət edərək, ekspertizanın rəyini onun diqqətinə çatdırıb və bağlanmış müqavilənin şərtlərinin düzgün yerinə yetirilməməsi ilə bağlı iradlarını bildirib. S.Həşimovadan xahiş olunub ki, həmin müqaviləyə əsasən Səfirliyin binası tam təmir olunaraq təhvil verilsin. Çoxsaylı müraciətlərə baxmayaraq, şirkət əsaslı təmirin aparılmasından imtina edərək görülmüş işlərlə bağlı heç bir təhvil-təslim sənədlərini səfirliyə təqdim etməyib.

Ä°lgili resim

Tələt Əliyev

S.Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasını tam təmin edilməsi məqsədilə Səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır.

Səfirlik tərəfindən T.Əliyevlə bağlı hər hansı məsələdə yerli hüquq-mühafizə orqanlarına, eləcə də Ukrayna daxili işlər naziri A.Avakova müraciət edilməyib. Hesab edirik ki, xüsusilə A.Avakovun adının hallandırılması və bu ətrafda eyforiya vəziyyətinin yaradılması məqsədyönlü və qərəzli xarakter daşıyır. Onu da xüsusilə qeyd etmək istəyirik ki, sözügedən məsələ ilə bağlı yekun hüquqi qiymətin verilmədiyi halda bəzi kütləvi informasiya vasitələrində hər hansı bir fikrin söylənilməsi məqsədəmüvafiq deyil".

"AzPolitika.info" qeyd edir ki, səfirliyin Ukrayna hüquq-mühafizə orqanlarına müraciətinə Bakıdan verilən reaksiyalar maraq doğurur. Xüsusən bəzi deputatlar səfirlikdə baş verən korrrupsiya faktının ortaya çıxarılmasından narahatlıq ifadə edərək, səfirə qarşı ittihamlar irəli sürüblər.  Onların sözlərindən belə məlum olur ki,  günah oğruda deyil, oğruluğu aşkarlayandadır.

Yeni səfirin bunu hansı məqsədlə etdiyi başqa söhbətin mövzusudur. Ancaq ortada dövlətin  milyonlarının mənimsəməsi faktı varsa, buna görə  əlbəttə keçmiş səfir cavab verməlidir. Cinayət işinin harda qaldırılması ikinci dərəcəli məsələdir. Əsas sual bu olmalıdır: Tələt Əliyev Azərbaycan dövlətinin milyonlarla dollar vəsaitini mənimsəyib, ya yox? 

Ancaq deputatlar bu suala cavab axtarmaq əvəzinə, faktın aşkarlanmasından narahatlıq ifadə edirlər. Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rüfət Quliyev də eyni mövqedən çıxış edib. 

Rüfət Quliyev ile ilgili görsel sonucu

Rüfət Quliyev BakuPost-a müsahibəsində  Azər Xudiyevin Ukrayna hüquq-mühafizə orqanlarına müraciət etdiyini təsdiqləyib: “Azər Xudiyev rəsmi formada təmir aparmış Ukrayna şirkətindən şikayət edib. Azər Xudiyevin Tələt Əliyevin adını şikayətində yaza da bilməz, ixtiyarı yoxdur. Səfir Ukrayna şirkətilə bağlı müraciət edib. Şirkət də yoxlanmağa başlayanda sabiq səfir şirkəti müdafiə etməyə başlayıb. Bu məsələni qapalı formada araşdırmaq mümkün idi. Təəssüf ki, Tələt Əliyevin keçirdiyi mətbuat konfransı ilə bütün bu məsələlər bu formada üzə çıxdı, yayıldı”.

Deputat deyib ki, Azər Xudiyev rəsmi icazə olmasa idi, belə addım atmazdı: “Azər Xudiyev Xarici İşlər Nazirliyinə rəsmi məktub yazıb, müraciət edib. Mən burada tərəflərdən hər hansı birini müdafiə edəcək mövqedə deyiləm. Bu gün rəsmi səfir Azər Xudiyevdir, sabiq səfir Tələt Əliyev də hörmətli ağsaqqaldır. Pis vəziyyətdə qalmışıq”.

Deputa deyib ki, bu məsələlərdən bizə qarşı istifadə edən ermənilərə bəhanə verməməliyik:  “Amma bu o demək deyil ki, Arsen Avakov səhər işə gəlir, düşünür ki, azərbaycanlılara qarşı necə pislik edib. Arsen Avakov orada pul qazanır, hamı da bunu bilir. Müəyyən siyasi məsələlərə görə ona toxunmurlar. Hamı bilir ki, bu insan biznesmendir. Təbii ki, sabah hər hansı bir məsələdə o, ermənilərin tərəfindən olacaq. Bu, birmənalıdır və bunu da başa düşmək lazımdır”.

AzPolitika.info

635x100

Şərhlər

Hörmətli oxucu! 2018-11-09 12:51:22

Bismillahir-Rəhmanir-Rəhim. Bunu ürək ağrısı ilə yazıram. Milli Məclisdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri deputa Rüfət Quliyev deyib ki, bu məsələlərdən bizə qarşı istifadə edən ermənilərə bəhanə verməməliyik: “Amma bu o demək deyil ki, Arsen Avakov səhər işə gəlir, düşünür ki, azərbaycanlılara qarşı necə pislik edib. Arsen Avakov orada pul qazanır, hamı da bunu bilir.Bu deputadan soruşmaq lazımdır:-Niyə Arsen Avakov müdafiyə edir XEYİR olsun?-Özü deyr Arsen Avakov orada pul qazanır,buda onun üçün qazanc mənbəyi deyilmi?- Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri kimi bilmir ki, Arsen Avakov azərbaycanların başına nə işlər gətirir?-Bunları bilmirsə deputa Rüfət Quliyev necə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri ola bilər? Mən Milli Məclisdə belə deputat görməmişəm!!! Xahiş edirəm yazanda vicdanınızın səsinə də qulaq asın!Yzmaq və ya kimisə müdafiyə xatirinə danışmayın.Vallah ayıbdır! Bu boyda sayqısızlıq olmaz. Belə urvatsız çıxışlar millətə lazım deyil. Adamın gərək dili ilə ürəyi bir ola.

Maqsud 2018-11-09 12:51:22

Belə pat situasiynın sebebkarı prokurorluq və onun anti-korrupsiya komissiyasıdır. Mehz bu qurumların fealiyyetsizliyi belə biabrçılığa və cinayətlərə səbəb olur. Xarici işlər nazirliyi və xaricdəki nümayəndəliklərdə baş verən saysız-hesabsız cinayətlər haqda göndərilən məlumatlar qulaqardına vurulur. Nəticədə isə çoxlu sayda belə cinayətlər cəzalandırılmadan unudulur. Xin-də baş verən bütün cinayətlərdə mamedyarov və onjn müavinlərinin iştirakı şübhəsizdir.

EJDER 2018-11-09 12:51:22

O,TELETIDE GONDERIN ,GEDIM ELMI IWLE MEWQUL OLSUN...MILLI MECLIS ELE YEYIB DAQIDANLARI MUDAFIE EDIR.CUNKI KITAYSKIDILER.DUNYA ICTIMAYYETININ YANINDA BIABIR OLDUQ...NAQARACUQ

Son yazılar