Vəzifəli şəxs avtomobilini gölə aşıraraq ölüb - Qusarda

Qusar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Qusar-Həzrə yolunun 16-cı kilometrliyində rayonun Yasab kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Həzrə kənd sakini Vəlixan Vəlixanov idarə etdiyi "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı gölə aşırıb.

Nəticədə avtomobilin sürücü V.Vəlixanov suda boğularaq ölüb. Avtomobildə olan daha 3 sərnişin xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, V.Vəlixanov Qusar Rayon İcra Hakimiyyətinin Həzrə kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsidir.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırma aparılır.

635x100

Şərhlər

Mirtiz 2018-11-09 13:07:33

Bu xəbəri bütün dünyaya yayin,zarafat deyil vəzifəli şəxs maşini aşirdib!Vəzifəli şəxs maşini aşirtmamalidir,bu biabirçiliqdir,o ən azi gərək kimisə basib öldürməliydi,heç olmasa süpürgəçini vuraydi!Papağimizi soxdu yerə bu vəzifəli şəxs!

Son yazılar