Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəmərini müzakirə ediblər
Baxiş sayı:
Dərc olunub:
09/11/2018 - 14:17
Türkiyə və Türkmənistan Trans-Xəzər qaz kəməri və türkmən qazının Trans-Anadolu qaz boru kəməri (TANAP) ilə dünya bazarlarına tədarükü məsələlərini müzakirə ediblər.
Trend-in məlumatına görə, bu məsələ Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun türkmənistanlı həmkarı Rəşid Meredovla görüşü zamanı müzakirə olunub.
M.Çavuşoğlu Türkiyə və Türkmənistanın 2019-2020-ci illərdə Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq proqramını imzaladıqlarını deyib.
Xatırladaq ki, M.Çavuşoğlu Türkmənistanda ikigünlük səfərdədir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.