Polis Nardaranda əməliyyat keçirdi

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursat aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Nardaran qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində qəsəbə sakini Əli Əhmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilib.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən “Makarov” markalı tapança, 2 ədəd patron darağı və 14 ədəd patron da aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar