Bakıda qayınanası və müəllimə arvadını öldürən şəxsin ibtidai istintaqı başa çatıb

Bakıda qayınanasını və arvadını qətlə yetirməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə bəlli olacaq.

Qeyd edək ki, dəhşətli qətl hadisəsi Bakının Xətai rayonunda baş verib. R.İsmayılov bir müddət əvvəl ayrıldığı həyat yoldaşı Günay İsgəndərovanı və qadının anası Ətir Şirinovanı qətlə yetirib. Hadisədən sonra qaçan R.İsgəndərov Ağdama - öz ata-anasının yanına gedib, polisə də orada təslim olub.

Məlumata görə, G.İsgəndərova orta məktəbdə müəllimə işləyib. Gənc ailənin bu evlilikdən 8 yaşlı bir oğlu da var.

G.İsgəndərova və ailəsi Laçın rayonundan, hadisəni törədən R.İsmayılov isə Ağdam rayonundan məcburi köçkün düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar