OPEC-in dağılması ehtimalı araşdırılır

Dərc olunub: 09/11/2018 - 18:04

a32c5691-b52c-44fa-8d77-876c1b3e0fe4Səudiyyə Ərəbistanının analitik mərkəzi OPEC-in dağılması ehtimalını və bunun neft bazarı üçün mümkün nəticələrini araşdırır.

“Report” “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, həmin araşdırmalar ABŞ Prezidenti Donald Trampın OPEC-i, nefti süni şəkildə bahalaşdırmaqda ittiham etməsi, həmçinin bu yaxınlarda Səudiyyə Ərəbistanının İstanbuldakı (Türkiyə) Baş Konsulluğunda jurnalistin qətlə yetirilməsilə bağlı ölkəyə investisiyaların azalmağa başlaması ilə eyni vaxta təsadüf edilir.

Əldə edilən nəticələrə əsasən, müəlliflər Səudiyyə Ərəbistanını 60 ildir üstün mövqedə saxlayan OPEC-i qorumağın müxtəlif variantlarını ortaya qoya bilər.

Həmin araşdırmada həmçinin OPEC-in nüfuzunu itirdikdə və yaxud ləğv edildikdə neft bazarında baş verə biləcək dəyişikliklərə dair proqnozlar da öz əksini tapacaq.

Yazıda qeyd olunur ki, onilliklər ərzində Səudiyyə Ərəbistanı OPEC-i başlıca qlobal iqtisadi dayağı hesab edib. Hazırda hökumətdə OPEC-in buraxılmasına dair müzakirələr aparılmır.


loading...




Fikrinizi bildirin