Prokuror bəraət alan iş adamı və sabiq bank əməkdaşının hökmündən protest verib

Prokurorluq külli miqdarda dələduzluqda təqsirləndirilən iş adamı Rasim Cəfərquliyev və lisenziyası ləğv edilən "RoyalBank"ın sabiq əməkdaşı Kərim Əhədin barəsində olan hökmdən kassasiya protesti verib.

"Report"un xəbərinə görə, kassasiya protesti Ali Məhkəməyə daxil olub.

Protest hakim İmran Hacıqayıbovun icraatına verilib. Məhkəmənin vaxtı yaxın günlərdə açıqlanacaq.

İttiham aktına əsasən, R.Cəfərquliyev SAB, "Sevimli dad", "Min bərəkət" kimi kolbasa və sosiska şatışı ilə məşğul olan şirkətlərdən mal alaraq Bakı və ətraf rayonlarda satırmış. Bu işdə ona qardaşı və tanışı K.Əhəd də kömək edib. R.Cəfərquliyev daha çox qazanc əldə etmək üçün bir neçə tanışını bu işə cəlb edib və depozit qoyaraq onlara da pul qazanmağı təklif edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki şəxsə bəraət verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorun apellyasiya protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar