Böyük Britaniyanın nəqliyyat naziri “Brexit”ə görə istefa verib

Dərc olunub: 09/11/2018 - 20:30

b951122d-5370-457d-9f7f-e7072b947150Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Consonun qardaşı Co Conson Krallığın nəqliyyat naziri vəzifəsindən istefa verib.

“Report” xəbər verir ki, o, Britaniyanın Avropa İttifaqından (Aİ) çıxmasına dair sövdələşməni (“Brexit”) “dəhşətli səhv” adlandırıb və məhz bu səbəbdən müvafiq addımı atdığını bildirib.

Co Conson həmçinin “Brexit”lə bağlı ikinci referendumun keçirilməsini təklif edib.

Bundan əvvəl Tereza Meyin Aİ-nin “Brexit”lə bağlı güzəşt etməsinə nail olduğu xəbər verilib.


loading...




Fikrinizi bildirin