Elçin Əfəndiyevlə Flora Kərimova arasında gərginlik - "Mən sizi başa saldım" (VİDEO)

Xalq yazıçısı Elçin Əfəndiyevlə xalq artisti Flora Kərimova arasında anlaşılmazlıq yaranıb.

“Qafqazinfo” xəbər verir ki, xalq artisti Amaliya Pənahovanın vida mərasiminə gec qatılan F. Kərimova yazıçının yanında əyləşib.

Bu zaman E. Əfəndiyev arxasını müğənniyə çevirib. Bu isə sənətkarın xoşuna gəlməyib və dramaturqa etirazını bildirib.

Yazar yanında əyləşən Hicran Hüseynovadan söz soruşduğu üçün belə addım atdığını bildirib. Flora Kərimova isə bununla razılaşmayıb, hörmətsizlik etdiyini qeyd edərək o da arxasını Əfəndiyeva çevirib.

Xalq yazıçısı isə sənətçinin yanında əyləşən digər xalq artisti, aktrisa Şəfiqə Məmmədovaya anlaşılmazlıq barədə danışıb: “Şəfiqə xanım, buna başa salın ki, mən elə insan deyiləm ki, arxamı çevirəm”.

F. Kərimova da “Özünüzü yaxşı aparın. Başa düşmədim, Şəfiqə xanıma niyə deyirsiz, sizə kömək lazımdı? Məni başa salmaq lazım deyil, mən sizi başa saldım” deyərək məsələyə nöqtə qoyub.

635x100

Şərhlər

AKKACANI: 2018-11-09 21:40:43

FLORAYA FAİQ DƏRMANDIR ... YOXSA Kİ, EVDƏDƏ İTİ VAR ONUN DEYƏSƏN... YOXSA Kİ, İTİNİ DƏ YOLA VERMİR...

???????????????????? 2018-11-09 21:40:43

Bu Flora yashlashdiqca yetene yetir,yetmeyene bir dash atir.

oxucu 2018-11-09 21:40:43

Bunlara bir bax hüzürdə də özlərini apara bilmirlər.İmkanları olsa biri-birinin ətini yeyərlər

hellas 2018-11-09 21:40:43

Flora xanımdan çeynəyənlər kifayət qədər idi, biri də yırtıq zənbillə (vəzifədən uzaqlaşdırıldığı üçün) gəldi.

Son yazılar