Məşhur blogerin görüşünə minlərlə insan gəldi - “28 Mall”da insident + VİDEO

Rusiyada yaşayan məşhur azərbaycanlı bloger Hüseyn Həsənov Bakıda görüş təşkil edib.

BakuPost xəbər verir ki, "28 Mall” ticarət mərkəzində baş tutan görüşdə insident yaşanıb. Belə ki, blogerin görüşə gələn şəxslərə telefon və pul paylayacağı barədə gəzən xəbərlər orya böyük insan kütləsinin yığışmasına səbəb olub. H. Həsənov oradan uzaqlaşmaq istədikdə isə insanlar onun arxasınca qaçmağa başlayıb.

Kütlə ticarət mərkəzinin şüşələrindən birini çıxarıb, hadisə yerinə polis cəlb olunub.

Qeyd edək ki, H. Həsənov instagram-da kifayət qədər populyardır. O, Rusiyanın TNT telekanlında yayımlanan "Comedy club" verilişində qonaq olarkən sosial şəbəkədə paylaşdığı bir videoya 20 milyon baxış gəldiyini və hər videodan 600-700 min rubl, yəni 18 min manat qazandığını açıqlamışdı.

635x100

Şərhlər

Vətəndaş 2018-11-09 22:12:08

Vəziyyəti normal olan insan sədəqə üçün toplaşmaz! Görün vəziyyətimiz necədir?

Son yazılar