Göygöldə ölümlə nəticələnən yol qəzası baş verib

Dərc olunub: 09/11/2018 - 22:16

qeza-yol-nishaniGöygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Balçılı kəndində yerləşən şadlıq evinin yaxınlığında qeydə alınıb.

“VAZ-2107″ markalı avtomobil Gürcüstan dövlət qeydiyyat nişanlı “VAZ-2107″ markalı maşınla toqquşub. Nəticədə Göygöl rayon Qızılca kənd sakini, 1961-ci il təvəllüdlü Xalidə Həmzə qızı Bağırova aldığı xəsarətlərdən hadisə yerində ölüb. Qəza zamanı daha iki nəfər – 1958-ci il təvəllüdlü Rusiya vətəndaşı Əli Məmmədov və 1993-cü il təvəllüdlü Göygöl rayon sakini Mirmahal Ağabalayev müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Hacıqabulda iki maşın toqquşub.


loading...




Fikrinizi bildirin