SABİQ NAZİR TÜRKİYƏYƏ BURAXILMAYIB! - Əhməd Əhmədov sərhəddən geri qaytarılıb

Naxçıvan Muxtar Respublikasının (NMR) sabiq daxili işlər naziri, general-leytenant Əhməd Əhmədovun bu gün Sədərək gömrük-keçid məntəqəsi vasitəsilə Naxçıvandan Türkiyəyə keçmək cəhdinin qarşısı alınıb.

Bu barədə "AzPolitika.info"ya Naxçıvandakı mənbələrdən məlumat daxil olub.

Sabiq nazir bu gün günün birinci yarısı, saat 11-12 radələrində Türkiyəyə getmək üçün Sədərək gömrük-keçid məntəqəsinə gəlib. Lakin sərhədçilər onun pasportuna möhür vurmaqdan imtina ediblər. "Yuxarıdan tapşırılıb ki, buraxmayaq", - sabiq nazirə bildirilib.

Məlumata görə, Ə.Əhmədov Türkiyəyə buraxılmasına nail olmaq üçün bir neçə telefon zəngi etsə də, nəticəsi olmadığından geri qayıdıb.

Əhməd Əhmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 iyul tarixli sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib.

Bundan bir müddət əvvəl o, vəzifəsindən qeyri-rəsmi uzaqlaşdırılmış və barəsində araşdırma aparılmışdı.

Sabiq nazir istintaq altında olmasa da, Naxçıvanı tərk etməsinə qeyri-rəsmi qadağa qoyulub.

635x100

Şərhlər

Azpolitikaya yazana cavab yazana :) 2018-11-09 22:46:31

Hörmətli xanım və ya cənab məncə Toppuş Bacıya dərs oldu hər şey..Allah anasına rəhmət eləsin artıq sözə ehtiyac yoxdu

AZPOLITIKAYA yazana 2018-11-09 22:46:31

Hormetli sherhchi!Siz neden Amaliya Penahova ile Toppush bacini muqayise edirsiniz?Amaliya xanimin illerle yaninda dag kimi hormetli eri,sefir oglu olub.Daima normal maddi imkani olub , yaxshi evde-eshikkde yashayib.Toppush baci ,ise,xirtdeye kimi ipoteka borcunun ichinde,ustelik elinde korpe ushagi ve selfi chekmekden bashqa hechneye yaramayan bir er ile yashayir.Kime umud baglasin? Bilir ki,sabah bashina bir ish gelse,qizi bomj heyati yashayacaq.Men Toppushu bir qramda qinamadim.

İlqar Rusiyalı 2018-11-09 22:46:31

....Bu polis generalı illərdir işlədiyi müddət ərzində xalqın və millətin pulunu talamaqdan milyonerlər siyahısına düşüb. Məndə olan dəqiq məlumata görə bu...

azər 2018-11-09 22:46:31

ərdo onu qullandı indisə silib atır..seyidmiri nooldu.

AZPOLİTİKAYA: 2018-11-09 22:46:31

XAHİŞ EDİRƏM BUNU İŞIQLANDIRIN DƏRC EDİN QOY TOPPUŞBACI KİMİ MOŞENNİKLƏRƏ DƏRS OLSUN: http://qafqazinfo.az/news/detail/amaliya-penahovadan-olum-dersi-234987 Halbuki, Amaliya Pənahova da başqaları kimi davrana bilərdi. Bunun üçün əlində kifayət qədər böyük imkanları vardı. Məsələn, xərçənglə tanış olduğu ilk andaca ictimaiyyəti bu barədə məlumatlandırardı. Hər kəsin diqqətini öz üzərinə çəkərdi. Xaricə müalicəyə göndərilməsi üçün dövlətin ən ali qurumlarına müraciət edərdi və bu müraciət də təbii ki, müsbət cavablandırılardı. Və yaxud dərhal piar işlərinə başlayardı. Zaurun verilişinə çıxardı, xəstəliyi ətrafında şou qurardı. Ağlayırdı efirdə. Sənət yoldaşlarından, iş adamlarından ona dəstək olmalarını istəyərdi. Canlı yayımda günlərlə müzakirələr aparılardı, siyahılar açıqlanardı, Amaliya xanıma kimlərin nə qədər pul göndərdiyi elan edilərdi. Necə ki, bu yaxınlarda belə bir hadisənin şahidi olduq. Amaliya xanımın “Toppuş bacı” ləqəbli gənc həmkarı Tünzalə Əliyeva eyni xəstəliyi əsas gətirib efirə çıxdı, on minlərlə manat pul topladı. Hərçənd ki, sonda yığılan pulların müalicəyə deyil, ipoteka kreditinin ödənişi üçün xərcləndiyi bəlli oldu. Yəni demək istədiyim, Amaliya xanım da insan həyatını bu qədər ucuzlaşdıran aksiyalarda iştirak edə, hər cür varianta əl ata bilərdi. Amma biz son ana qədər onun xərçənglə mübarizəsindən bixəbər idik.

Son yazılar