Gəncədə süpürgəçini maşın vurub

Gəncə şəhərində piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report"un Qərb bürosunun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospekti ilə hərəkətdə olan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq səkiyə, daha sonra yolu süpürən 1978-ci il təvəllüdlü Əliyev Elşən Nadir oğluna dəyib.

Müxtəlif bədən xəsarətləri alan təmizlik işçisi xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl Cəlilabadda avtomobil piyadanı vurub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar