ZAMİRƏ HACIYEVA LONDON KÜÇƏLƏRİNDƏ... - “Məni tək buraxın” +VİDEO/ FOTO

8 Noyabrda Londonda Ali Məhkəmənin qərarı ilə zaminə buraxılan Zamirə Hacıyeva “Charing Cross” polis bölməsində imza verməyə gəlib. Bu zaman o, jurnalistlərin sualını cavablandırmayıb. “Məni tək buraxın”,- deyə o jurnalistlərin sualına cavab verməkdən imtina edib, üzünü də kağız ilə gizlədib.

Musavat.com xəbər verir ki, onu izləyənlər arasında azərbaycanlı jurnalist də olub. Onun da suallarına Zamirə Hacıyeva cavab verməyib.

Qeyd edək ki, keçirilən məhkəmə iclasında qəbul olunan qərarla Zamirə Hacıyeva hər gün 09.00-dan günorta saatlarınadək polis bölməsinə baş çəkməlidir, axşam 21.00-dan səhər 06.00-dək evdən bayıra çıxmamalıdır. Bundan başqa, məhkəmə qərarına əsasən Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.

[gallery size="full" ids="465409,465410,465411"]

635x100

Şərhlər

Domrula 2018-11-10 20:16:44

Eri korrupsiya ile bagli hebsdedir.Arvadi erinin Dovletimizden ogurladigi pullari Ingilterede saga sola sepir.Dovletimiz onu hansi adla qorumalidir? Haci onu bos yere ogurlamamisdi yeqin.Haci Niye basqa memurun arvadini ogurlamirdi? Yaxsi Arvad evinde oturar kucelerde ,barlarda gezmez ,icgi icmez.

Kazım 2018-11-10 20:16:44

Ona bu qadına heç nə etməyəcəklər. Milləti dövləti talayanlara yaşıl işıqdır. Cahangir də gözdən pərdə asmaq üçündür. Oğurlanmış milyardların fathəsini onunla verdilər. Allah bilir o necə yatır türmədə? Allah bilər bəlkə də heç o türmədə də deyil hardasa kefdədir. Çünki ondan da dəhşətli cinasyətkar talançılar azadlıqdadırlar.

Domrul 2018-11-10 20:16:44

Qəribə olan budur ki, bu xanım cinayətkar olsa belə onu müdafiə etməli mənsub olduğu ölkə -Azərbaycan susur! Budurmu vətəndaş qayğı sı? Xarici İşlər Nazirliyi niyə susur? Bu biabırçılıqdır!

Ali 2018-11-10 20:16:44

Hiss olunur ki, kifayət qədər hazırlıqlı(Yəni sıradan biri ogru deyil) xanımdır.Amma bizimkilər onu dəli edəcək.

Son yazılar