Azərbaycan Premyer Liqası: Lider autsayderə qalib gələ bilməyib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XI turunda daha bir qarşılaşma keçirilib.“Report” xəbər verir ki, “Neftçi” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. “Bakcell Arena”dakı qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

Premyer Liqada birinci pillədə qərarlaşan “Neftçi” bu nəticədən sonra xallarının sayını 26-a çatdırıb. “Zirə” isə 6 xalla 7-8-ci yerləri bölüşdürür.

Qeyd edək ki, günün ilk matçında “Səbail” “Sabah”ı 4:0 hesabı ilə üstələyib. Tura sabah keçiriləcək “Sumqayıt” - “Keşlə” və “Qəbələ” - “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar