Kaliforniyada meşə yanğınları zamanı ölənlərin sayı artıb

ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları zamanı ölənlərin sayı 11 nəfərə çatıb.Bu barədə "Report" "Associated Press"ə istinadən xəbər verir.

Daha əvvəl təbii hadisə zamanı 9 nəfərin öldüyü bildirilirdi. Los-Anceles dairəsinin şerifinin verdiyi məlumata görə, Cənubi Kaliforniyada daha iki nəfərin cəsədi tapılıb.

Kaliforniyada tüğyan edən güclü meşə yanğınları 4 min hektara yaxın ərazini bürüyüb. Ştatda fövqəladə vəziyyət elan edilib.

Daha əvvəl Kaliforniyada meşə yanğınlarının minə yaxın evi məhv etməsi barədə məlumat verilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar