Roma Papası İraq və Suriyada müharibəni qurtarmaq çağırışı etdi 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Roma Papası Fransisk Vatikanda Şərqin Assuriya kilsəsinin katalikos-partriarxı Mar 3-cü Givargislə görüşünün gedişində bəyan edib ki, Yaxın Şərqdə müharibə səbəbilə, müxtəlif konfessiyalardan olan xristianlar böyük əzablara düçar olurlar.

«Biz, bir çox qardaş və bacılarımızın Yaxın Şərqdə gedən müharibələr səbəbilə üzləşdikləri faciələrdən doğan böyük əzabları bölüşürük. Zorakılıq qurbanları bir çox hallarda hər zaman yaşadıqları torpaqları tərk etməyə məcbur olurlar» - deyə, Fransisk bəyan edib.

Papa İraqda, Suriyada və digər ölkələrdə sülhün bərqərar olması üçün bütün səyləri göstərməyə çağırış edib.

«Onlar xaç yolu ilə Xristin ardınca addımlayırlar və hətta müxtəlif icmalara aid olsalar belə, öz aralarında qardaş münasibətləri qururlar - beləlikdə də bizim üçün birlik (həmrəylik - red.) şahidlərinə çevrilirlər. Belə ağrıların sona çatması üçün biz, birlikdə dualar edəcəyik - Allahdan Yaxın Şərq üçün, hər şeydən əvvəl, İraq və Suriya üçün nemətlər diləyəcəyik» - deyə, Fransisk qeyd edib.

Görüşdən sonra, Fransisk və Mar 3-cü Givargis Apostol sarayının «Redemptoris Mater» kapellasında dua ediblər və ardınca birgə bəyanat imzalayıblar.

Nə yazıq ki, keşişlərdən heç biri Yaxın Şərqin müsəlman əhalisinə divan tutulması barədə bircə kəlmə də «kəsməyib»...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar