Qocalmanı yavaşıdan ərzaqlar - Hidroxinonlar sinklə birlikdə...

Şokoladın, çayın, şərabın və kofenin tərkibinə daxil olan hidroxinonlar sinklə birikdə qocalma prosesini yavaşıdır.

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Almaniyanın Erlangen-Nürenberq Universitetindən olan alimlər bu nəticəyə gəliblər.

Mütəxəssislərin «Phys.org» portalında dərc olunmuş tədqiqat materiallarında qeyd edilir ki, sink hidroxinon qrupunu fəallaşdırır.

Hidroxinonlar isə insan hüceyrələrinin nəfəsalması zamanı orqanizmdə baş verən oksidləşmə prosesinin qarşısını alır və superoksidlər adlanan kənar məhsulların əmələ gəlməsinə mane olur.

Superoksid protein və lipidlər kimi biomolekulları dağıtmaq qabiliyyətinə malikdir.

Sinklə hidroxinonların birləşməsi prosesində «superoksiddismutaza» adlı kompleks əmələ gəlir. Bu maddə orqanizmi deqradasiyadan qoruyur və antioksidant təsiri göstərir.

Metabolizm nəticəsində superoksid orqanizmi yaralayan prosesləri aradan qaldıra və bununla da qocalma prosesini yavaşıda bilir.

Oktyabr ayında amerikalı alimlər bəyan ediblər ki, ketogen pəhriz beyinin qocalmasını yavaşıda bilir. O, özünün koqnitiv xüsusiyyəti sayəsində həm də neyrodegenerativ xəstəliklər riskini aşağı salır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar