Putin Avropa Ordusu barədə

Ümumavropa alternativ silahlı qüvvələri yeni ideya deyil. Bu fikri Makron yenidən dilə gətirdi, ancaq mən bunu daha əvvəl Jak Şirakdan eşitmişəm və ona qədər də belə ideya mövcud idi.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Prinsipcə, Avropa güclü bir iqtisadi quruluşdur, güclü iqtisadi ittifaqdır. Onların təhlükəsizlik və müdafiə sahəsində müstəqil, azad, özünü təmin edə bilmək istəmələri təbiidir”, - Putin bildirib.

Putinin sözlərinə görə, çoxqütblü dünyanın möhkəmlənməsini nəzərə alsaq, ümumilikdə prosesi müsbət qiymətləndirmək olar və bu baxımdan Moskvanın Parislə mövqeləri üst-üstə düşür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar