«Rusiya ABŞ-la dialoqa hazırdır» - Putin

«AzPolitika.info»-nun verdiyi xəbərə görə, bazar günü Rusiya Federasiyasının (RF) prezidenti Vladimir Putin bəyan edib ki, Moskva Vaşinqtonla tammiqyaslı danışıqlar prosesini, o cümlədən, orta və yaxın mənzilli raketlər barədə Müqavilə üzrə danışıqlar prosesini bərpa etməyə ümidlidir.

«İstənilən halda biz, dialoqa hazırıq. Orta və yaxın mənzilli raketlər barədə Müqavilədən biz ki, çıxmırıq - amerikalılar bunu etməyi planlayırlar. Onlar da, biz də dialoqu bərpa etməyə köklənmişik. Bundan da vacibdir ki, yüksək və ya ali səviyyədə dialoq aparmaqdansa, onu ekspertlər səviyyəsində aparaq. Ümid edirəm ki, bu tammiqyaslı danışıqlar prosesi bərpa olunacaq» - deyə, Putin «RT France» telekanalına müsahibəsində bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar