Cinayətkarlar buraxıldı, siyasi məhbuslar həbsdə qaldı

İlham Əliyev afriikalı cinayətkarı əfv etdi, dövlət, millət, qanunlar qarşısında heç bir suçu olmayan gənclər içəridə saxladı

153 məhbus azad olundu. Biz onlardan yalnız ikisini tanıyırıq - Fərhad və Rafiq Əliyev qardaşlarını.

Biz - yəni, media, ictimaiyyət.

Qalan 151 məhbusu yalnız öz qohum əqrəbaları tanıyır. Bu şəkildə onlardan bir qismi görünür. Aralarında bir zənci də var, yəni müasir terminlərlə desək, afrikalı.

Bu afriikalı bu ölkənin daxilində nə qələt edibmişsə (dələduzluq və ya narkotik maddə ticarəti) həbs edilibmiş. Budur, o da azadlığa çıxır.

Bu foto əlacsızlıqdan günün fotosudur.

Bu fotoda Tofiq Yaqublu, İlqar Məmmədov, Yadigar Məmmədli, Qurban Məmmədov, Nemət Pənahlı, "Nida" təşkilatının üzvləri və digər siyasi məhbuslar da olacaqdı. Amma olmadı. Siyasi motivlər imkan vermədi.

Bu, heç də siyasi əfv deyil. Bu sadəcə, cinayət işləmiş şəxslərin əfv olunması, azadlığa buraxılmasıdır.

Bu adamların, demək olar ki, hamısının qanunlar qarşısında suçu var. Dövlət, millət, qanunlar qarşısında heç bir suçu olmayan gənclər içəridə qaldılar.

Gözləyəcəklər, onlar məhkum olunsun, 5-6 ay da məhbəs həyatı yaşasınlar, sonra onların əfv edilməsi barədə fikirləşəcəklər.

Allah eləsin, bu dəfə azad olunanların yolu bir daha oralara düşməsin.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar