Əfqanıstanda “Taliban”la toqquşmalarda hökumət xeyli itki verib

Əfqanıstanın Fərəh şəhəri yaxınlığında ötən gün təhlükəsizlik qüvvələri ilə “Taliban” dəstələri arasında buraxılış məntəqələrində bir neçə saat davam edən atışmalarda hökumət qüvvələri 50 nəfərədək, Qəzni əyalətində isə 25 nəfərədək itki verib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkənin mərkəzində “Taliban” dəstələri əksəriyyəti yerli həzərlərdən olan könüllülərə hücum edib. Bu da puştunlarla həzərələr arasında ədavətlə bağlıdır.

Yerli hakimiyyətin fikrincə, hər gün ölkə boyu “Taliban”la toqquşmalarda təhlükəsizlik qüvvələri 500 nəfərədək itki verir, bir neçə yüz nəfər də yaralanır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar