Nazir özünə 4 müşavir, 213 işçi axtarır – SİYAHI

Dərc olunub: 12/11/2018 - 14:49

sahilbabyev_7751542017922Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev özünə 4 müşavir seçmək üçün daxili müsahibə elan edib.

Modern.az nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, Sahil Babayevin müvafiq əmri ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı daxili müsahibə elan edilib.

Ümumilikdə nazirliyin aparatına, şəhər və rayon təşkilatlarında boş qalan 217 yüksək vəzifə üzrə müsahibə elan olunub.

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatı üzrə 36 yer, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti üzrə 26 yer, Nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondunun Aparatı və rayon (şəhər) şöbələri üzrə 101 yer, Nazirliyin yanında Dövlət Məşğulluq Xidmətinin Aparatı və rayon (şəhər) Məşğulluq mərkəzləri üzrə 54 boş yerə müsahibə keçirilir.








loading...


Fikrinizi bildirin