Azərbaycan və Belarus arasında 10-a yaxın sənəd imzalanacaq

Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq haqqında 10-a yaxın sənəd imzalanacaq.

"Report" "BelTA" agentliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşdən sonra jurnalistlərə bildirib.

Onun sözlərinə görə, sənədlərin gələn həftə imzalanacağı və siyasət, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrini əhatə edəcəyi gözlənilir.

"Əlaqələr yerində dayanmır, hüquqi-saziş bazası inkişaf etdirilməlidir", - səfir deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi Belarusda tikinti sahəsində bir sıra investisiya layihələri həyata keçirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar