“Ən yaşamalı” 100 şəhərin adı açıqlanıb - Bakı siyahıda yoxdur

“AzPolitika” xarici mətbuata istinadla xəbər verir ki, məşhur “Resonance” konsaltinq şirkəti dünyanın 100 ən yaxşı həyat şəraiti olan şəhərinin adını açıqlayıb.

Şirkətdən bildirilib ki, siyahını hazırlayan mütəxəssislər bir neçə mühüm göstəricini əsas olaraq götürüblər. Buraya infrastrukturun vəziyyəti, turizmin səviyyəsi, daşınmaz əmlakın dəyəri, iş yerlərilə təmin olunma imkanları, ətraf mühitin vəziyyəti və digər göstəricilər daxildir.

Mütəxəssislər siyahıda birinci yerə Londonu layiq görüblər. Bildirilir ki, İngiltərə paytaxtı xüsusilə turizm baxımından özünə tay tanımır. Növbəti yerləri Paris, Nyu-York, Tokio və Barselona tutur.

Siyahıda MDB məkanından yalnız iki şəhər yer alıb ki, onların da hər ikisi Rusiyadadır. Belə ki, mütəxəssislərə görə, Moskva 6-cı, Sankt-Peterburq isə 54-cü yerə layiqdir. Futbol üzrə Dünya Çempionatını yüksək səviyyədə keçirməsi mütəxəssislərin Rusiya haqqında təsəvvürünə xeyli dərəcədə müsbət təsir göstərib.

İstanbul 36-cıdır. Bakının isə adı ümumiyyətlə 100 ən yaşamalı şəhərin yer aldığı siayhıya salınmayıb.

Ümumilikdə “yüzlüyə” ən çox ABŞ-da yerləşən şəhərlər layiq görülüblər.

635x100

Şərhlər

Islam mellim 2018-11-12 21:23:54

Men mettel qaldim ki axi siyahiya niye bes Naxcivanin adi salinmayib.

Abit 2018-11-12 21:23:54

Bes ne oldu Bakı birinciler sırasındaydı.Aztv hemişe bele deyirdi

Son yazılar