Jurnalist İlkin Məmmədli polisdən buraxılıb

Cümə axşamı saxlanılmış jurnalist İlkin Məmmədli şənbə günü buraxılıb. Bu barədə Turan-a hüquq müdafiəçisi Samirə Ağayeva bildirib.

Onun sözlərinə görə, jurnalisti ona görə saxlayıblar ki, əvvəllər onun ölkədən çıxışına qadağa varmış. Araşdırma zamanı məlum olub ki, hazırda hüquq-mühafizə orqanlarının jurnalistə qarşı heç bir iradı yoxdur.

Xatırladaq ki, İlkin Məmmədli cümə axşamı Bakıxanov qəsəbəsində xarici pasport almaq üçün ASAN xidmətə müraciət etdikdən sonra saxlanlılıb. Ancaq jurnalistlə deyiblər ki, ona pasport verilməyəcək, çünki xaricə çıxışı qadağan edilib, özü isə DİN orqanları tərəfindən axtarışdadır.

2015-ci il Nardaran hadisələri zamanı İ.Məmmədli inzibati həbsə məruz qalıb və "Müsəlman Birliyi" Hərəkatının liderləri və fəallarının işi üzrə məhkəmə prosesində şahid kimi dindirilib. Bundan öncə "Azadxabar" dini saytında yazılar dərc etdirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar