“Beynəlxalq Bank”ın sabiq əməkdaşına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi - Rüfət Muradov və onun dostu Anar Vəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Muradov 8 il və A.Vəliyev isə 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Yasamal rayon filialının Fiziki şəxslərlə iş şöbəsinin məsləhətçisi R.Muradovla dostu A.Vəliyev, ümumilikdə, 118 min manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunurlar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə, külli miqdarda törədildikdə) və 313 (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham irəli sürülüb.

635x100

Şərhlər

Kamil 2018-11-12 18:12:35

118 min manata gorə iki gəncin həbsi qanunu olursa,o zaman 2-4 milyard mənimsəyənlərə nə qədər iş düşər?Halbuku bu milyardları mənimsəyənlər azadlıqda və sorğu sualsız ğz işlərindədirlər. Bu necə qanunidir?

ayzek 2018-11-12 18:12:35

başqa banklarda pul mənimsəyənləri niyə həbs etmirlər?Misal üçü "bank of baku"nun keçmiş H.Hacıyev küçəsindəki(indiki Azərbaycan pr.) filialda çalışan Şıxəliyev 80 min dollar pul mənimsəyib üstünü də "ört-basdır" edib.Heç itirib-axtaran yoxdur.

Son yazılar