"Başqa ölkələrin müdafiə yükünü daha çəkmək istəmirik" - Donald Tramp

Fransanın Paris şəhərində I Dünya müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunmuş Sülh Forumunda dünya liderləri və hökumət başçıları ilə görüşlər xeyli səmərəli keçib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Twitter"də yazıb.

O, görüşlərdə təhlükəsizlik və ticarət əlaqələrini gündəmə gətirdiyini qeyd edib.

“Biz başqa ölkələrin müdafiə xərclərinin böyük hissəsini üzərimizə götürür, buna yüz milyardlarla dollar sərf edirik. Həmin ölkələrlə ticarətdə də yüz milyardlarla zərər görürük. Mən onlara dedim ki, belə vəziyyət davam edə bilməz. Başqa ölkələrin müdafiəsinə böyük vəsaitlər gedir, əvəzində ancaq ticarət kəsiri və itkilər əldə edirik. Xeyli zəngin olan həmin ölkələrin artıq ya hərbi müdafiələri üçün Birləşmiş Ştatlara pul ödəmələrinin, ya da özlərinin müdafiəsi ilə məhz özlərinin məşğul olmalarının vaxtı çatıb”, - D.Tramp yazıb.

Xatırladaq ki, I Dünya müharibəsinin başa çatmasının 100 illiyi Fransada noyabrın 11-də geniş tədbirlərlə qeyd olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar