Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
Baxiş sayı:
Dərc olunub:
12/11/2018 - 20:01
Slovakiya Respublikasının Baş naziri Peter Pelleqrini noyabrın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
"Report" xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Slovakiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Hərbi orkestrin ifasında Slovakiyanın və Azərbaycanın dövlət himnləri səslənib.
Slovakiyanın Baş naziri Peter Pelleqrinini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıblar.
Ölkə
Son yazılar
19:15
NATO müdafiə nazirləri Ukraynaya havadan müdafiə sistemləri göndərmək barədə razılığa gəliblər
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.